Ər və arvadın yanaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıbbackend

Ər və arvadın yanaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində çoxmənzilli yaşayış binasındakı mənzillərdən birində 1951-ci il təvəllüdlü Mikayıl Abbasov və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Zoya Abbasovanın yanmış meyitləri aşkar edilib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertləri, polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.

İnterpress.az