“İnterpress” cebhe.info-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Rayonun Tumoslu kəndində yaşayan 1981-ci il təvəllüdlü Rəhimov Zülfüqar yaşadığı evdə yatılı vəziyyətdə olan həyat yoldaşı, 1983-cü il təvəllüdlü Rəhimova Gülnazı boğazından və sol döş qəfəsindən bıçaqlayaraq qətlə yetirib.
Kənd sakinləri Zülfüqar Rəhimovun psixoloji xəstəliklərdən əziyyət çəkdiyini bildiriblər.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb.
İnterpress.az