Bakıda mühafizəçi güllələndibackend

Bakıda mühafizəçi güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Binəqədi rayonu ərazisindəki tikinti materialları bazarında qeydə alınıb.

Bazarda mühafizəçi işləyən 1985-ci il təvəllüdlü Elmar Canatov güllələnib. Mühafizəçi xeyli qan itirib və iş yoldaşları tərəfindən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Elmar Canatovun vəziyyəti ağırdır, hazırda əməliyyat olunur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən, Binəqədi Rayon Polis İdarəsinin rəis Namiq İsmayılov gəlib. Namiq İsmaylov bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Elmar Canatovu bacısının həyat yoldaşı güllələyib və hadisə yerindən qaçıb. Artıq şübhəlinin yeri müəyyən edilib və tutulması istiqamətində tədbirlər görülür.

Yeznəsini güllələyən şəxsin 1976-cı il təvəllüdlü Fasadov Mehman Əlican oğlu olduğu müəyyənləşib.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, həmin şəxs saxlanılıb. ( apa )

Bakıda mühafizəçi güllələndi

Bakıda mühafizəçi güllələndi

Bakıda mühafizəçi güllələndi

İnterpress.az