Baş vermiş iğtişaşlarda antimüsəlman Pegida təşkilatının fəalları ilə polis arasında zorakı toqquşmalar olub.
Yeni il bayramı gecəsində almaniyalı qadınlara qarşı kütləvi cinsi təcavüz edildiyi barədə xəbərlərin ardınca antimüsəlman Pegida təşkilatı Köln şəhərində toplanış keçirib.
Şəhərə yüzlərlə polis qüvvəsi yeridilib.
Şəhərin başqa bir hissəsində miqrantları dəstəkləyən yürüş keçirilib. Daha bir etiraz yürüşünü qadın haqları təşkilatları keçiriblər.
Etirazların qızışmasına səbəb Yeni il bayramı axşamında qadınlara edilmiş hücumların bəzi təfərrüatlarının açıqlanması olub.
Polis mənbələrindən verilən məlumatlara görə, qadınlara cinsi təcavüzdə bulunanların əksəriyyəti Şimali Afrika və ərəb görünüşlü olub.
Təcavüzə məruz qalmış qadınlar tükürpədən ifadələr veriblər. Onlar gənclərdən ibarət dəstələr tərəfindən seksual zorakılıqlara və qarətə məruz qaldıqlarını deyiblər.
Gərginliyin eskalasiyası siyasətçiləri çətin duruma salıb.
Merkelin səbir kasası
Avropaya gələn qaçqınların qızğın müdafiəçisi və hamisi kimi tanınan Almaniya kansleri Merkel indi öz mövqeyini 180 dərəcə dəyişib.
Avropanın namus məsələsi
Bu arada Köln polisinə müraciət etmiş təcavüz qurbanlarının sayı 379 nəfərə çatıb. Bu təcavüzlərin 40 faizi seksual xarakter daşıyır.
Federal hakimiyyət orqanlarının verdiyi məlumata görə polis 30-dək şübhəlinin arasından artıq 18 nəfərə qarşı ittiham irəli sürüb. Şübhəlilərdən 9-u əlcəzairli, 8-i mərakeşli, 4-ü suriyalı, 5-i iranlı, ikisi alman və hər ölkədən bir nəfər olmaqla, İraq, Serbiya və ABŞ-dandır.
Seksual təvaüzdə 21 nəfər şübhəli bilinir. Cinsi təcavüz hallarının arasında zorlamalar da var.
Bu arada bəzi Britaniya qəzetləri yazır ki, Yeni il gecəsi ekstremistlər Finlandiyada da belə kütləvi hücum planlaşdırırmışlar, lakin bu baş verməyib.
Şərqi Avropa ölkələrinin bir çoxu Avropaya ümumiyyətlə qaçqın buraxılmasına qarşıdırlar.
Təhlilçilərin fikrincə, Köln hadisələrindən sonra bu ölkələrin mövqeyi daha da möhkəmlənmiş olacaq.
Avropa İttifaqı yaranmış vəziyyətlə əlaqədar təcili sammit keçirməyi planlaşdırır.(azadliq.org)
İnterpress.az