Ermənistanda beş nəfər “donuz qripi”ndən ölübbackend

Ermənistanda beş nəfər “donuz qripi”ndən ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anait Aytyan bildirib ki, ölən kişi Rusiyadan gəlib. Uzun müddət xəstəlikdən əziyyət çəksə də, həkimə müraciət etməyib.

Həmin şəxs Gümrü şəhərində xəstəxanaya yerləşdirilib, sonra isə İrəvana aparılıb.

Həkimlərin səyi nəticə verməyib və o, yanvarın 10-a keçən gecə ölüb.

Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, bu, “donuz qripi”ndən beşinci ölüm faktıdır.(news.am)

İnterpress.az