Bu barədə \”İnterfax\” agentliyi yazır.
\”Diplomatlar klubu\”nun bəyanatında deyilir ki, Gürcüstanın qazla təchizatı sıradan bir iqtisadi və ya kommersiya məsələsi deyil, eyni zamanda bu ölkənin suverenliyinə də birbaşa aidiyyatı olan məsələdir.
\”Buna görə, biz hesab edirik ki, Gürcüstan hökuməti ilə \”Qazprom\” şirkətinin rəsmilərinin İsveçrənin Sürix şəhərində baş tutan gizli danışıqlarının detalları ictimaiyyətə açıqlanmalıdır. Bu, qısa müddət ərzində artıq dördüncü görüşdür (bundan öncə ötən ilin sentyabrında Brüsseldə, oktyabrda Milanda, dekabrda Lüksemburqda)\”, – deyə bəyanatda bildirilir.
Sabiq səfirlərin əsas narahatlığı sonuncu görüşün gizli xarakter daşımasıdır: \”Əgər informasiya sızmasaydı, belə çıxır ki, hökumət bu gizli görüş barədə ümumiyyətlə ictimaiyyətə məlumat verməyəcəkdi\”.
\”Gürcüstan hökumətinin qaz təchizatı mənbələrinin diversifikasiyası barədə ortaya qoyduğu arqumentlər yersizdir, çünki, Azərbaycan yanacağının başqası ilə əvəzlənməsi Gürcüstanın enerji təhlükəsizliyinə ciddi zərbə vuracaq\”.
İnterpress.az