ABŞ prezidentliyinə namizəd qadını hicablı olduğu üçün qovdu-VİDEObackend

ABŞ prezidentliyinə namizəd qadını hicablı olduğu üçün qovdu-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsəlmanlara nifrəti ilə məşhurlaşan ABŞ prezidentliyinə namizəd Donald Tramp ötən cümə Cənubi Karolina ştatında düzənlədiyi tədbirə qatılan bir müsəlman qadını kobudluqla məclisdən qovub. O, qadını hicablı olduğu üçün qovduğunu bildirib.
İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, toplantıdan qovulan Roza Hamdi Karolinada Müsəlman Qadınlar Qrupunun rəhbəridir. Fələstin əsilli Roza Hamdi Nyu-Yorkda doğulub böyümüş bir Amerika vətəndaşıdır.

ABŞ prezidentliyinə namizəd qadını hicablı olduğu üçün qovdu-VİDEO

Hazırda bir aviasiya şirkətində çalışan Roza hamdi deyib ki, “Tramp bütün seçki kompaniyasını müsəlmanlara nifrəti üzərində qurub. Elə buna görə də digər namizədlərlə müqayisədə irəliləməkdədir. 56 yaşlı qadın tikinti maqnatı olan Donald Trampın böyük biznesinə söykənərək güclü dayaqlara sahibləndiyini bildirib: “Bir insan əlindəki milyardlardan istifadə edib, normal insanı canavara döndərərək digərlərinin üzərinə salır. Mən onun çıxışlarını canlı izləyəndə bunu gördüm. Axı Allah bizi bir-birimizə nifrətlə baxmaq üçün yaratmadı”.

ABŞ prezidentliyinə namizəd qadını hicablı olduğu üçün qovdu-VİDEO

Oğlunun hazırladığı “Salam, sülh üçün gəldim” tişörtünü geyinən Hamdi Trampın tədbirnə, əslində müsəlman görməyən adamlara müsəlmanların sülhsevər olduğunu anlatmaq məqsədi ilə qatıldığını bildirib: “O tədbirdə yəhudilər də vardı. Trampın onlara xüsusi sayğısını görməmək mümkün deyildi. Bizi isə, 10 nəfər müsəlmanı məhz dinimizə görə çölə atdılar. Biz amerikalıyıq və belə kobud davranışlara öyrəncəli deyilik”.

Abuzər

İnterpress.az