XX əsrin əvvəllərindən başlayaraq, Anadoluda, Azərbaycanda milyonlarla türkü qətlə yetirən ermənilər üç ay ərzində Fərqanədə 35 min dinc özbək türkünü öldürüb. Sovet İmperiyasının qurulmasından sonra isə ermənilər türklərə qarşı olan nifrətlərini açıq formada deyil, gizli fəaliyyətləri ilə həyata keçirməyə başladılar. Biz “xalqların dostluğu” röyaları görəndə ermənilər Azərbaycan cəmiyyətində gizli soyqırımı fəaliyyəti ilə məşğul olurdu. Bu səssiz terrorun baş rol oyunçuları isə erməni həkimləri idi.
Araşdırmaçı Cəlaləddin Qasımov erməni həkimlərin Azərbaycandakı gizli fəaliyyətinin üstünü açan bir neçə faktı aşkarlaya bilib. Onun sözlərinə görə, Sovet dövründə demək olar ki, Azərbaycanın bütün rayonlarında erməni həkimlər çalışırdı. Onlar özlərini əhali arasında xeyirxah, humanist insan kimi maskalaya bilirdilər. Heç kimin də ağlına gəlmirdi ki, ermənilərdən onlara hansısa ziyan gələr. Düz 45 il müxtəlif ərazilərdə, o cümlədən Tovuz rayonunda yerləşən doğum evində mama-genekoloq işləmiş Tamara Adamova azərbaycanlılara qarşı həyata keçirilən “səssiz terror”un iştirakçılarından olub. 1990-cı ildə o, İrəvana köçəndə Ermənistan dövlətindən ona milli qəhrəman fəxri adının verilməsini tələb edib:
“Mən türklərdən qisasımızı aldım. Çoxlu sayda oğlan uşağı öldürdüm. Ermənistanın xüsusi xidmət orqanının verdiyi tapşırığı yerinə yetirdim”.
1973-cü ildə Tamara Adamova yeni anadan olmuş uşağın göbəyinə zəhərli maddə sürtərkən, onu Əsmər Orucova iş başında yaxalayır. O, tibb bacısı ilə əlbəyaxa olur. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları gəlir. Bir az keçməmiş rayonun polis rəisi görünür. O, araşdırma işinə şəxsən özü rəhbərlik edir. Məsələni rayon partiya təşkilatı səviyyəsinə tədqiq etdirir. Nəticədə Əsmər Orucova millətlər arasında nifaq salmaqda günahlandırılaraq işdən azad edilir.
Erməni həkimlərinin Dağlıq Qarabağda yerləşən xəstəxanalarda törətdiyi terror hadisələri isə saymaqla bitmir. Laçın xəstəxanasının doğum şöbəsində çalışan Anna yenicə doğulmuş körpələrin göbəyinə bir qəpiklik sikkə qoyub bağlayırmış və az müddətdən sonra uşaq ölürmüş. O, müxtəlif vaxtlarda bu yolla yüzə yaxın oğlan uşağı öldürə bilib. Xankəndindəki xəstəxanada Edik həkimin cərrahiyə əməliyyatı etdiyi xəstələrin əksəriyyəti bir neçə aydan sonra vəfat edirmiş. Hətta o vaxt Daşlı kəndində yaşayan Abbas kişi Edik həkimi səriştəsizlikdə qınayaraq, onun haqqında “Kirpi” jurnalına yazı da göndərib. Cəlaləddin Qasımov Rusiya mətbuatına da ayaq aça bilib. Real faktlara söykənən həmin yazılardan sonra Rusiyadakı bəzi tibb müəssisələrində erməni həkim və tibb bacılarına etibarsızlıq yaranıb. Çünki erməni həkimlər həkim davranışının əsas mənəvi-etik prinsiplərini özündə əks etdirən və həkim olmaq istəyən hər kəsin qəbul etdiyi \”Hippokrat andı\”nı pozublar. Nəticə erməniləri bərk hiddətləndirib. İndi onlar həm Ermənistan, həm də Rusiya mətbuatında bu faktların yalan olduğunu sübut etməyə çalışırlar.(Atv)
İnterpress.azhttps://youtube.com/watch?v=VWMKojX0m2Q