Qurumun şöbə rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, döyülmə faktı ilə Şabran rayon Prokurorluğunda araşdırma aparılır: “Xaçmaz rayonunda sərxoş halda olan sakinlərlə polis əməkdaşı arasında insident olub. Hazırda həmin faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırmadan asılı olaraq kimlərsə məsuliyyət cəlb oluna bilər”.
Xatırladaq ki, dünən Xaçmazda polis əməkdaşı ilə rayon əhalisi arasında insident yaşanması ilə bağlı məlumat vermişdi. Belə ki, rayonun Ağalıq kənd sakinləri həmin ərazidə xidmət aparan yol polisi Cahangir Əliyevə hücum çəkərək onu vəhşicəsinə döyüb. Rayon sakinləri bildirib ki, hadisənin baş verməsinə səbəb, polisin kənd sakinlərini tez-tez incitməsi olub. Onların sözlərinə görə, Quba şosesində xidmət aparmalı olan C.Əliyev yolun yalnız sözügedən kənddən keçən hissəsində dayanır, kənd sakinlərini yeri gəldi-gəlmədi saxlayıb, onlardan rüşvət tələb edirmiş. Buna görə də sakinlər yığışıb ondan kəndi tərk etməsini, xidməti şosenin başqa hissəsində aparmasını tələb ediblər. Bununla razılaşmayan polis kənd əhalisinin hücumuna məruz qalıb və xəstəxanalıq olub.
Digər bir məlumata görə isə polis onu döyənləri sərxoş halda avtomobil idarə etdiyi üçün saxlayıb.
Məlumat üçün onu da bildirək ki, bir müddət əvvəl AzNews.az Cahangir Əliyevin sürücüdən rüşvət almasını əks etdirən videogörüntülərinə də yaymışdı.
İnterpress.az