Devalvasiya ipoteka kreditlərinə mənfi təsir etməyəcəkbackend

Devalvasiya ipoteka kreditlərinə mənfi təsir etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu saytına iqtisadçı, alim Vüqar Bayramov bildirib.

Şərtlər dəyişdiriləcək

O qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsində İpoteka Fonduna ayrılan vəsaitin həcmi 50 milyon manat məbləğində nəzərdə tutulub:

“Bu sosial ipoteka kreditlərinə verilən vəsaitdir. Adi ipoteka kreditləri üçün vəsait İpoteka Fondunun yerləşdirəcəyi istiqrazlar hesabına təmin olunacaq. Güman olunur ki, təxminən 80 milyon manat ipoteka krediti adi vəsait üzrə ipoteka kreditlərinin verilməsi üçün istifadə ediləcək. Hələlik kommersiya bankları da daxili ipoteka kreditləşməsini davam etdirir, amma devalvasiyadan sonra maliyyələşdirmədə yubanmalar var.

Çünki, kommersiya bankları əvvəllər verdikləri ipoteka kreditlərini almaqda çətinlik çəkirlər. Şərtlərin dəyişdirilməsi və yenilənməsi vacibdir. Hələlik İpoteka Fondunun formalşaması getdiyindən hansı şərtlərin qəbul ediləcəyini öncədən proqnozlaşdırmaq çətindir. Güman olunur ki, şərtlərə baxılacaq və yeni şərtlər tətbiq ediləcək”.

İpoteka Fondunun formalaşması fevral ayının əvvəlində başa çatacaq

V.Bayramov deyib ki, fevral ayının əvvələrinədək qurumun formalaşması yekunlaşacaq və yeni şərtlər açıqlanacaq:

“Bir müddət öncə Maliyyə Nazirliyi də ipoteka kreditlərinin məbləğinin 50 min manatdan 100 min manatadək artırılması ilə bağlı açıqlama yaymışdı. Güman olunur ki, həm məbləğin artırılması, həm şərtlərin dəyişdirilməsi hökumətin gündəmində olacaq”.

“Devalvasiya ipoteka kreditlərinə mənfi təsir edə bilməz”

Ekspertin fikrincə manatın devalvasiyası prosesə əks təsir edə bilməz:

“Devalvasiya ipoteka proqramına təsir etməməlidir. Çünki, ipoteka proqramı manatladır. Manatla olduğuna görə, şərtlərin yumşaldılması, məbləğin artırılması imkanları var. Çünki, devalvasiya həm də Dövlət Neft Fondunun vəsaitlərinə qənaət imkanları verib.

Hələlik güman olunur ki, növbəti ayın əvvəllərində yeni qurumun formalaşması başa çatacaq. Şərtlərin dəqiqləşməsi və ipoteka kreditlərinin verilməsi bərpa ediləcək”.(modern.az)

İnterpress.az