Bu barədə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayev məlumat verib. Bildirib ki, qanun layihəsi təqdim olunduqdan sonra müzakirələr olacaq: “Manatın ucuzlaşmasından və prezidentin dünənki çıxışından sonra bu məsələlərlə bağlı parlamentin komitə iclaslarına hələ ki, hər hansı layihəsi təqdim olunmayıb. Amma tez bir zamanda bu məsələyə baxıla bilər. Lakin məhz hansı əsələnin layihə formasında işlənəcəyini dəqiq deyə bilmərəm. Çünki bu, elə də asan məsələ deyil. İşə uyğun olaraq hər şey danışılıb, müzakirə olunmalıdır. Ondan sonra lazımi qərarlar verilə bilər”.
Rövşən Rzayev prezident İlham Əliyevin dünənki iclasda qaldırdığı məsələlərə də münasibət bildirib. Deputat prezidentin çıxışından sonra dəyişiklərin olacağını deyib: “Dünən prezident süni artım edənlərin, Azərbyacanda istehsal olunan malların qiymətlərini qaldıranların cəzalandırılması barədə ölkə prokuroruna tapşırıq verdi. Düşünürəm ki, bununla bağlı lazımi tədbirlər görüləcək. Həmçinin Milli Məclis də bu məsələ ilə bağlı öz mövqeyini bildirəcək”.(aznews)
İnterpress.az