Azərbaycanda bu göstərici cari ildə 2,4% təşkil edəcək.
Türkiyə və Gürcüstanda ÜDM-in 3% artacağı gözlənilir.
Qazaxıstanda bu göstərici 2% təşkil etdiyi halda, Rusiyada 0,5% geriləmə müşahidə olunacağı proqnozlaşdırılır. Ümumiyyətlə, Rusiya Ekvador (-0,5%), Yunanıstan (-1,8%), Braziliya (-2,5%) və Venesuela (-3,3%) ilə birlikdə siyahının “dibində” qərarlaşıb.
Siyahının lideri Hindistandır – ekspertlər bu ölkədə ÜDM-in 7,4% artacağını proqnozlaşdırır.
Maraqlıdır ki, iqtisadi çətinliklərə başı qarışan Çində 6,5%-lik artımın olacağı gözlənilir. ( apa )
İnterpress.az