Bu haqda məlumatı musavat.com-a Hüseynin anası Elnarə Baxışova verib. Onun sözlərinə görə, Hüseyni yanvarın 8-də həbs ediblər.
H.Əzizoğlunun həbs edilməsinin səbəbi məhəllədə tanımadığı bir nəfərlə yüngülcə dalaşması olub. Həmin gənc polisə şikayət edib.
Anasının sözlərinə görə, bundan sonra Yasamal Rayon 29-cu polis bölməsinin əməkdaşları onu evindən tutub, aparıblar: \”Hüseynə 15 sutka həbs veriblər. Yanına da getmişdim. Vəziyyəti yaxşıdır. Onunla dalaşan gənc şikayət ərizəsini geri götürmədi. Ona görə də, həbs ediblər\”.
Elnarə Baxışova deyib ki, onun həbsinin çəkdiyi videolar ilə əlaqəsi yoxdur: \”Sosial şəbəkələrdə yayılan məlumatlar düz deyil. Hüseyn dalaşdığını özü də deyir. Hər şey ona görə olub\”.
Hüseyn Əzizoğlu hazırda Binəqədi inzibati cəzaçəkmə məntəqəsində saxlanılır.
İnterpress.azhttps://youtube.com/watch?v=G9izS9D4NTc