İnterpress.az-ın verdiyi xəbərə görə, daha sonra o, təhlükəsizlik məqsədi ilə kodlaşdırılan qapının açılmasını xahiş edib. Xanım blokun qapısını açsa da, sonra ondan şübhələnib. Qapı ardıcıl döyüldükdə isə binanın mühafizəsini çağırıb və “gül dükanının işçisinə” mühafizəçi ilə görüşməyi xahiş edib. Bu zaman isə gülü yerə atan gənc sürətlə blokdan çıxaraq qaçıb. Lakin həmin şəxsi telefonla videoya çəkən qadın bu görüntüləri sosial şəbəkədə paylaşıb.
Oxşar hadisə Bakının digər ərazisində də qeydə alınıb. Əlində gül dəstəsi olan gənc evdə tək olan qadının qapısını döyüb.
Xanım qapını açan kimi gənc evə daxil olmaq istəyib. Lakin xanım gənci evdən uzaqlaşdıra bilib və qapını örtüb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə danışıb. O, deyib ki, həmin şəxslərin kameralara düşmüş görüntüləri var və onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir:
“Həmin görüntülərdə qapıları döyənlərin guya qorxuya düşərək qaçmaları və əllərindəki sellofan torbada guya qadınları öldürmək məqsədilə hansısa küt alət gəzdirmələri barədə heç bir kadr yoxdur. Elə buradan da görünür ki, bu, bizim hər birimizin gündəlik həyatımızda tez-tez rastlaşdığımız adi məişət hadisəsinin zorla kriminallaşdırılmasına yönəlmiş cəhddən, bəzi xəbər portallarının ucuz sensassiya dalınca qaçaraq həmin məlumatı dəqiqləşdurmək istəmədiyindən başqa bir şey deyil. Həmin şəxslər dünən rayon ərazisində yeni tikilən çoxmərtəbəli binada 3 mənzilin qapısını döyüb. Məqsədləri isə gülü mənzillərdə satmaqla xəstə uşaq üçün ianə toplamaq olub.
Üz tutduqları mənzillərdən birində qapı arxasında ev sahibi olan xanım qapını açmayıb. Digər qapını bir oğlan açıb və onlara pul verərək yola salıb. Başqa bir mənzilin xanımı qapını açmayıb və məsələ ilə bağlı həyat yoldaşını məlumatlandırıb. Ailə başçısı da 102 xidmətinə məlumat verib və bölməyə çağırılaraq izahatı alınıb”.
O.Mansurzadə onu da deyib ki, həmin şəxslərin hansısa evə girərərək dayəni vurub oğurluq etməsi barədə polisə heç bir məlumat daxil olmayıb. Hazırda araşdırma aparılır.
İnterpress.az