Naxçıvan Səhiyyə Nazirliyi “donuz qripi”nin yayılması barədə məlumatlara münasibət bildiribbackend

Naxçıvan Səhiyyə Nazirliyi “donuz qripi”nin yayılması barədə məlumatlara münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, MR Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalarla Mübarizə və Sanitar Karantin Nəzarəti şöbəsi tərəfindən MR-in sərhəd keçid məntəqələrində karantin tədbirlər görülür, digər ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidələr aparılır.

Naxçıvan Səhiyyə Nazirliyi bildirir ki, bu günə qədər MR-in səhiyyə müəssisələrinə müraciət edən kəskin respirator infeksiyalı xəstələrdən götürülən laborator analizlərin nəticələrində “donuz qripi” (H1N1) virusu aşkar edilməyib. Görülmüş tədbirlər nəticəsində MR-də epidemioloji durum tam stabildir.(apa)