Azərbaycanlını qətlə yetirən erməni mühakimə olunacaqbackend

Azərbaycanlını qətlə yetirən erməni mühakimə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya vətəndaşı Hacımurad Nəbi oğlu Çiriyevi qətə yetirməkdə təqsirli bilinən 34 yaşlı Artаk Virabyanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və cinayət işinin materialları məhkəməyə göndərilib.

Xatırladaq ki, qətl hadisəsi ötən il sentyabrın 13-də baş verib. Hacımurad Çiriyev və dostları yeyib-içdikdən sonra şəhərdə ermənilərin sahibi olduğu “Bariton” adlı bara getməyə qərar veriblər. Barda onlarla ermənilər arasında mübahisə yaranıb. Barın sahibi Artak Virabyan avtomobilində olan “Sayqa” tipli tüfəngi götürərək Hacımurad Çiriyevə atəş açıb. Nəticədə H. Çiriyev aldığı güllə yarasından ölüb.

Qeyd edək ki, A. Virabyan Volqoqraddakı erməni diasporuna bir müddət rəhbərlik etmiş Vyaçeslav Virabyanın oğludur.(apa)

İnterpress.az