Lənkəranda aksiya – sakinlər yolu bağladıbackend

Lənkəranda aksiya – sakinlər yolu bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a şəhər sakinlərinin verdiyi xəbərə görə, qəsəbənin və qonşu kəndlərin bir qrup sakini səhər saatlarında Bakı-Astara yolunu bağlayıblar.

Lənkəran sakinləri sosial problemləri ilə bağlı etiraz mitinqi keçiriblər. Etirazçılar Bakı -Astara magistral yolunun Liman ərazisindən keçən hissəni bağlayıblar. Nəticədə bütün yol boyu tıxaclar əmələ gəlib. Əraziyə polis və Lənkəran İH nümayəndələri və bir sıra güc orqanları cəlb edilir. Əhalinin əsas şikayəti qiymətlərin qalxması ilə bağlıdır.
Sakinlər bahalaşmaya və işsizliyə etiraz edirlər: “Qiymətlər günü-gündən qalxır, işsizlik baş alıb gedir. Bu vəziyyətdə insanlar nə etməlidir? Yolu bağlamışıq, bura polis və məmurlar gəlib. Amma camaat haqlı olduğu üçün, onlar da aksiyanı dağıda bilmir”.

Bir neçə dəqiqə sonra əldə etdiyimiz məlumata görə əhalini ərazidən uzaqlaşdırmaq mümkün olmasa da, polis qüvvələri yolu aça biliblər.

İnterpress.az