Xanım icra başçısı öz maşınının nömrəsini Zakir Fərəcovdan ala bilmirbackend

Xanım icra başçısı öz maşınının nömrəsini Zakir Fərəcovdan ala bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu təyinatdan öncə adı heç bir siyasi çevrələrdə çəkilməyən İradə Gülməmmədovanın birdən birə Abşeron kimi böyük bir rayona gətirilməsi o dövürdə də təəccüb doğurmuşdu. Daha sonralar bu təyinatın altında Zakir Fərəcovun adının yatdığı ortaya çıxmışdı.

Zakir Fərəcov hazırda faktiki olaraq bir rayona rəhbərlik etsə də onun əslində həm Sumqayıta, həm də Abşerona rəhbərlik etdiyi ortadadır. Buna səbəb, manevr etmə imkanları məhdudlaşdırılan İradə Gülməmmədovanın tam olaraq Zakir Fərəcovdan asılı vəziyyətdə olmasıdır. Hətda iş o yerə çatıb ki, rayonla bağlı bütün məsələlərdə icra başçısı ilk hesabatı Zakir Fərəcova verir.

İradə Gülməmmədovanın fəaliyyəti ilə bağlı azxeber.com-a daha bir ilginc məlumat daxil olub. Məlumata görə, İradə Gülməmmədova Zakir Fərəcovdan o qədər asılı vəziyyətdə qalıb ki, hətda xanım başçı ona məxsus olmalı olan “01-AA-001” seriyasılı nömrəsini belə geri ala bilməyib. Məlum olduğu kimi Z.Fərəcov Sumqayıta təyinat aldıqdan sonra məhz bu seriyalı avtomobili ilə Sumqayıt Rayon İcra Hakimiyyətin getmişdi. O hələ də bu nömrəni Abşeron Rayon İcra Başçısı olan İradə Gülməmmədovaya qaytarmayıb. Xanım icra başçısı isə hazırda “002” seriyalı xidməti avtomobilindən istifadə etmək məcburiyyətində qalıb.

Xanım icra başçısı öz maşınının nömrəsini Zakir Fərəcovdan ala bilmir

Xanım icra başçısı öz maşınının nömrəsini Zakir Fərəcovdan ala bilmir

İnterpress.az