Bu barədə virtualaz.org-a hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat verib.
Onun sözlərinə görə, ağır yaralanan 1985-ci il təvəllüdlü Əsədov İntiqam Əsəd oğlu hazırda Neftçilər xəstəxanasındadır.
Hadisə yanvarın 7-də, Lökbatanda 2-ci mədəndə baş verib. Belə ki, o, tapşırığa əsasən 10-12 metrlik elektrik dirəyinin üstündəki elektrik xətlərinin bir tərəfində olan 4 xətti kəsib. Dirək çürümüş olduğundan o biri tərəfdəki 4 xətt dirəyi çəkib aşırıb.
Hüquq müdafiəçisi iddia edir ki, hadisəni istehsalatla əlaqələndirməməyə çalışır və ailəsinə təzyiq edirlər.
Qeyd edək ki, işçinin iki övladı var.
İnterpress.az