Energetik küçəsi, 257 ünvanında yaşayan Əlizadə Tağızadə Şirvan şəhər-rayon Polis Şöbəsinə, oğlu – əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Pünhan Tağıyevin itkin düşməsi barədə ərizə ilə müraciət edib. Məlumatda bildirilir ki, o, bu il yanvarın 2-də səhər saatlarında evdən çörək almağa üçün çıxıb gedib və qayıtmayıb.
Onun əlamətləri belədir:
Boyu 170-175 santimetr, əynində qara şalvar, qara kapuşonlu gödəkcə olub.
Onu görənlərdən Şirvan polis şöbəsinə 021 215 14 50 və 055 683 43 04 (Əlizadə Tağızadə) telefon nömrələrinə zəng etmələri xahiş olunur.
İnterpress.az