FHN-in təyyarəsi neftçinin meyitini gətirmək üçün Türkmənistana yola düşübbackend

FHN-in təyyarəsi neftçinin meyitini gətirmək üçün Türkmənistana yola düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə FHN-dən məlumat verilib.

Məlumat daxil olduqdan sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədin gətirilməsi üçün Türkmənistana yola salınıb.

Qeyd edək ki, Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğlunun meyiti aşkar edilib.

İnterpress.az