Bakıda zavodda kütləvi zəhərlənmə olubbackend

Bakıda zavodda kütləvi zəhərlənmə olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az aznews-a istinadən bildirir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Metal Konstruksiyalar zavodunda bir neçə gün öncə baş verib.

Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Elçin Rəhimovun icarə əsasında işlətdiyi metal qəbulu sexində naməlum səbəbdən Ammonyak turşusu yerə dağılıb.

Nəticədə yaxınlıqdakı taxta sexində işləyən fəhlələr – Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Yaşar Xancalov, Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Yusif Kərimov, Ağsu rayon sakini, 1985-ci təvəllüdlü Xəqani Nurəliyev, Ucar rayon sakini, 1988-ci il təvəllüdlü Rzaağa Heydərov, Bakı şəhər sakinləri, 1971-ci il təvəllüdlü Pərviz Əbdülhəmidov vəqardaşı, 1974-cü il təvəllüdlü Rövşən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Toksokologiya xəstəxanasında müalicə olunan fəhlələrin səhhəti qənaətbəxşdir.

İnterpress.az