İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, AB rəsmisiləri F.Moqerini ilə J. Hahn tərəfindən hazırlanan birgə açıqlamada Türkiyəyə həmrəylik mesajı verilib.
29 noyabr 2015-ci ildə keçirilən AB-Türkiyə sammitində Terrorla mübarizənin prioritet olaraq qəbul edildiyinin xatırladıldığı yazılı açıqlamada: \”Bu çərçivədə səylərimizi, insan hüquqları və humanitar qanunlar da daxil olmaqla beynəlxalq qanunlar qarşısındakı məsuliyyətimizi hörmət əsasında sürətləndirməliyik\” ifadələrinə yer alır.
NATO rəsmisi J.Stoltenberq də Sultanəhməd Meydanında baş verən terroru pisləyib.
İnterpress.az