Bu barədə özəl kəşfiyyat və analitik mərkəzi olan “Stratfor”un hesabatında bildirilir.
Mərkəzin analitikləri hesab edirlər ki, Rusiya Ermənistandan təhlükəsizlik və iqtisadi güzəştlər müqabilində işğal olunan ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan razılaşmanın əldə olunmasını tələb edir.
“Rusiyanın Cənubi Qafqazda fəaliyyəti Türkiyə və ABŞ-ın diqqətini bu regiona çevirəcək. Çünki bu ölkələr Rusiyanın bu regiona təsirinə qarşı durmağa çağırır. Əgər Dağlıq Qarabağ üzrə danışıqlar uğursuzluğa düçar olsa, onda hərbi əməliyyatların güclənməsini gözləmək olar. Lakin Rusiyanın vasitəçiliyi ilə diplomatik yolla ərazilərin qaytarılması variantı genişmiqyaslı əməliyyatların başlanmasından daha inandırıcıdır”, – deyə hesabatda qeyd olunur. (azVision.az)
İnterpress.az