“BP Azerbaijan”ın 50 əməkdaşının işdən çıxarıldığı bildirilirbackend

“BP Azerbaijan”ın 50 əməkdaşının işdən çıxarıldığı bildirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə BP-nin yaydığı məlumatda qeyd olunub.

Şirkətdən bildirilib ki, Anqola, Azərbaycanda, eləcə də Meksika körfəzi və Şimal dənizində kəşfiyyat və hasilatla məşğul olan 24 min işçidən 4 mini ixtisar olunacaq.

Məlumata əsasən, 2017-ci ilin dekabr ayına kimi davam edəcək ixtisarlara səbəb kimi tələbatın az olması səbəbindən neftin qiymətinin aşağı olması, dolların mökəmlənməsi və ehtiyatların artması ilə izah olunur. “Bütün bu amillər daha rəqabət qabiliyyətli olmağı və iqtisadi vəziyyətin çətinliyini etiraf etməyi şərtləndirir. Biz uzun müddət əvvəl neftin qiymətinin aşağı düşməkdə davam edəcəyini gözlədiyimizi bəyan etmişdik və görünən odur ki, bu proqnoz özünü doğruldur”, – deyə məlumatda vurğulanıb.

“APA-Economics”in əldə etdiyi məlumata görə, BP-nin Azərbaycan nümayəndəliyinin 50-yə yaxın əməkdaşı işdən azad olunub. Bu barədə işdən çıxarılan əməkdaşlar məlumat verib.

“BP-Azərbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı isə “APA-Economics”ə bu məlumatı təkzib edib və faktı təsdiqləməyib.(apa)

İnterpress.az