“Prezident yeni iş yerlərinin yaradılmasını vacib məsələ kimi gündəmə gətirib”. Bunu ANS-in “Xəbərçi” proqramına qonaq olan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev deyib. O qeyd edib ki, prezident özü də hazırki vəziyyətdə yeni iş yerlərinin açılmasını vacıb sayır. Bundan başqa Azərbaycanın demoqrafik vəziyyəti də bunu tələb edir. Çünki, xalqın məşğullu məsələsi öz əksini tapmalıdır:
“ƏƏSMN-də olan elektron informasiya sistemi bizə imkan verir ki, müəyyən analtik məlumatları əldə edək. Bağlanmış iş yerlərinin təxminən 40 mindən 19 min 800 muzdla işləyən şəxslərə aiddir. Xitam verilən iş yerləri bağlanma kimi dəyərləndiriliməli deyil. İl ərzində iş yerlərində işçi ixtisarı isə ən çox tikinti şirkətlərində yaşanıb. İxtisara düşmüş xəslərdə işləmə imkanı əldə edəcək\”.
İdris İsayev onu da açıqladı ki, Dövlət Məşğulluq Xidməti ixtisara düşmüş şəxsləri ixtisasartırma kurslarına göndərəcək. Onlara peşə ilə əlaqədar məsləhətlər veriləcək və bundan sonra ixtisara düşmüş şəxslər yeni iş yerlərində çalışa biləcəklər.
Əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artımı təxminən 3,7 milyon nəfəri əhatə edəcək. Bu isə bizim əhalinin 30%-ni təşkil edir.