“Reaksiya” zəhərlənən şagirdlərdən birinin nənəsi olan Sürəyya Məcidova ilə əlaqə saxlayıb. Onun bildirdiyinə görə hadisə zamanı 5 şagird zəhərlənib. Şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Lakin şagird ölümü ilə bağlı iddia həqiqəti əks etdirmir. (bastainfo.com)
*** *** ***
Bir nəfər etirazçı qadın isə özünü yandırıb
İnterpress.az-ın verdiyi xəbərə görə, bu məlumatı jurnalist Elşən Balaxanlı facebook-da paylaşıb.
Məlumatı olduğu kimi təqdim edirik:
\”Siyəzəndə 6 saylı məktəb liseydə uşaqlar atılan bibər qazından zəhərləniblər. Rayon mərkəzindəki məscidin həyətində bir qadının özünü yandırdığı deyilir\”.
Aksiyaçılar iddia edirlər ki, daxili qoşunlar ara küçələrdə güllə səsləri eşidilir. Çoxlu sayda yaralılar və saxlanılanlar var.
İnterpress.az