Naxçıvanda qanunsuz 10 fərdi yaşayış evi, 341 yardımçı tikili söküləcəkbackend

Naxçıvanda qanunsuz 10 fərdi yaşayış evi, 341 yardımçı tikili söküləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Muxtar Respublika üzrə 713 vətəndaşın 46,5 hektar torpaq sahəsindən qanunsuz istifadə etdiyi aşkarlanıb, 10 qanunsuz fərdi yaşayış evi, 341 qanunsuz yardımçı tikili qeydə alınıb. Aşkarlanmış faktlar aktlaşdırılaraq torpaqların əvvəlki vəziyyətinə qaytarılması barədə xəbərdarlıqlar edilib. Hazırda torpaqlardan istifadəyə dövlət nəzarətinin artırılması istiqamətində işlər davam etdirilir.

İnterpress.az