Lent.az-ın məlumatına görə, saat 01:30 radələrində Ələt-Astara magistralının 164-cü kilometrliyində Zaur Məmmədov idarə etdiyi \”Mercedes C180\” markalı avtomobillə qəfil yola çıxan kişini vurub. Avtomobil sürətlə hərəkət etdiyindən piyadanı xeyli sürüyərək 25-30 metr kənara atıb.
Hadisə zamanı piyadanın sifəti tanınmaz hala düşdüyündən onun kimliyini vəya təxmini yaşını müəyyənləşdirmək mümkün olmayıb. Olay yerinə gələn polis ölən şəxsin 25-40 yaşlarında olduğunu qeyd edib.
Araşdırmalar davam etdirilir.
İnterpress.az