Azərbaycanda turizm şirkətləri bir-bir bağlanırbackend

Azərbaycanda turizm şirkətləri bir-bir bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin durumu kritik həddə çatıb. Buna səbəb manatın devalvasiyasıdır. Xarici turlar dollar və avro ilə hesablandığı üçün turizmçilər dalana dirəniblər.

Bu barədə musavat.com-a açıqlamasında “Fly Travel” şirkətinin sahibi Məmməd Əliyev məlumat verdi. Bildirdi ki, turizm şirkəti olaraq, dollar tapıb, ala bilmədikləri üçün tur satın almaq da mümkünsüz olub: “Dollar baha olduğu üçün turların qiyməti də hədsiz yüksəlib. Bu, əksəriyyətin cibinə uyğun deyil. Bizə qiymətlər dollarla verilir. Onu da manata çevirəndə baha çıxır”.

Müsahibimizin sözlərinə görə, qışda insanlar adətən İstanbul, Dubay, Uludağ və Ərzurum səyahətini tərcih edirdi. Amma indi bu turlar da donub: “Manatın devalvasiyası o qədər güclü olub ki, insanlar ancaq zəruri ehtiyacları barədə düşünməyə məcburdurlar. Səyahət keçib, arxa plana… Bir az pulu olanlar da gələcəyi düşünüb, pulunu saxlayır, pul xərcləmək istəmirlər”.

M.Əliyev dedi ki, Azərbaycandakı otellər qiymətləri bir az aşağı salsalar da, tələbat yoxdur. Qiymətini aşağı salan otellər arasında Qəbələdəki Tufandağ otelinin adı yer alır. Onlar qiyməti 20-30 AZN məbləğində endiriblər. Bununla belə müraciət edənlərin sayında kəskin azalma var.

Bu arada müsavat.com-a məlum oldu ki, manatın son devalvasiyasından sonra bir neçə turizm şirkəti fəaliyyətini dayandırıb. Bunların arasında “Ulduz Travel”, “Etna Travel” və “SB Travel” şirkətləri var.

İnterpress.az