Rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı yaşadığı evdən gedib və geri qayıtmayıb.
Bununla bağlı araşdırma aparan hüquq-mühafizə orqanların əməkdaşları Z. Məhərrəmovanın yaşadığı evdə qan izləri aşkar ediblər. Məlumata görə, ötən gün itkin düşən Z. Məhərrəmova sonuncu dəfə evdə qardaşı 1999-cu il təvəllüdlü Səmədov Anar Nizami oğlu ilə olub.
Hazırda Tovuz rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.
İnterpress.az