Rusiyalı müxalifətçi öz mənzilində ölü tapıldıbackend

Rusiyalı müxalifətçi öz mənzilində ölü tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az znak.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya-Amerika tarixçisi Yuri Felştinski öz Facebook səhifəsində yazıb.

“Əziz dostlar! Elə indicə mənə “Korporasiya: Rusiya və DTK Putin dövründə” kitabımın həmmüəllifinin Moskvada öz mənzilində ölü tapıldığını bildirdilər. Hazırda heç bir əlavə məlumatım yoxdur”, – məlumatda bildirilib.

Faciə ilə bağlı “Sova” hüquq müdafiə mərkəzinin direktoru Aleksandr Verxovski də fikrini bölüşüb: “Bu gün gecə Volodya Pribilovskinin öldüyü məlum olub. Təfərrüatları bilmirəm. Onunla həyatımın 14 ili – daha çox mənim idarə etdiyim “Panorama” qəzeti, daha sonra isə daha çox onun idarə etdiyi Mərkəzlə bağlıdır”.

Bununla belə, Pribilovskinin ölümü barədə məlumat rəsmi olaraq təsdiqlənməyib. Vladimir Pribilovski publisist, tərcüməçi, müxalifətçi, “Panorama” informasiya-araşdırma mərkəzinin prezidenti, “Antrikompromat” internet-nəşrinin rəhbəri, “Subtropik Rusiya” hərəkatının lideri olub.

2015-ci ilin martında Pribilovskinin 59 yaşı tamam olmuşdu.

İnterpress.az