Siyəzəndə aksiya davam edirbackend

Siyəzəndə aksiya davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayon mərkəzinə gələn yollarda aksiyaçılar maşın təkərləri yandırıblar. Ara-sıra təhlükəsizlik qüvvələri həmin küçələrə baş çəkərək yandırılan təkərləri söndürür, aksiyaçıların ərazidən uzaqlaşmasına nail olurlar. Bu zaman təhlükəsizlik qüvvələrinə daş-kəsək atıldığı bildirilir. Belə bir toqquşma Siyəzənin mərkəzindəki “Xalq-bank”ın yerli şöbəsinin yaxınlığında baş verib, atılan daşların bir neçəsi binanın şüşələrinə dəyib. Ümumilikdə Siyəzəndə gərginlik qalsa da, vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. Şəhərin mərkəzində sakinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb.

Aksiyaçılar ara məhlələrdə, küçələrdə qalmaqdadırlar. ( musavat.com )

İnterpress.az