Azərbaycanlı milyarderlə bağlı QALMAQAL – Fərhad Əhmədovun Narışkinə saxta məktubu…backend

Azərbaycanlı milyarderlə bağlı QALMAQAL – Fərhad Əhmədovun Narışkinə saxta məktubu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumatda qeyd edilib ki, Fərhad Əhmədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə məktub yazaraq “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbuluna imkan verməməyə çağırıb. Guya, Fərhad Əhmədov məktubda bu qanun layihəsi qəbul edilsə, Rusiya vətəndaşlığından çıxacağını bəyan edib.

Nijni Novqorod Azərbaycanlıları Mədəni Muxtariyyətinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov Modern.az-a mövzu ilə bağlı açıqlama verib. O, məktubun saxta olduğunu qeyd edib.

“Məktubda yazılıb ki, guya ermənipərəst qanun qəbul olunarsa, azərbaycanlı milyarder Rusiya vətəndaşlığından çıxacaq. Bu “məktub” dərc olunan andan Azərbaycanda böyük sevinclə qarşılanıb. Ən çox sevinənlərdən biri də mən oldum. Necə sevinməyim ki?! İlk dəfə bir oliqarxımız Rusiyada azərbaycanlıların müdafiəsinə qalxıb. Amma! Bu amma olmasaydı…

Bir gün sonra məktubun saxta olduğunu, Fərhad müəllimin belə bir sənəd imzalamadığını və Dövlət Dumasına təqdim etmədiyini öyrəndim. Sən demə bu məlumatın şübhəli olduğunu anlamaq üçün bir az diqqətli olmaq kifayət imiş.

Məgər müasir Rusiyada yaşayan bir biznesmen Narışkin kimi güclü və sərt bir dövlət adamına bu şəkildə məktub yaza bilərmi? Yazıbsa, niyə Rusiya mətbuatında yoxdur? Məktub 26 dekabrda imzalanıbsa, niyə 10 yanvarda Bakıda üzə çıxıb? Rusiya Dövlət orqanlarında ciddi əlaqələri olan milyarder, adı keçən qanun layihəsinin hələ ötən il dekabrın 18-də gündəmdən çıxarıldığını bilmirdimi? Bəs milyarderi hakimiyyət orqanları çağırıb, “bu nədir?” deyə soruşsaydılar, nə cavab verəcəkdi? Cavabsa çox bəsit imiş. Yəqin ki, “mənim xəbərim yoxdur, Bakıdakıların işidir” deyəcəkmiş.

Bəs Fərhad Əhmədov niyə susur, niyə indidən çıxıb “məktubdan mənim xəbərim yoxdur” demir? Niyə desin ki? Axı xalqın sevgisini qazanır. İtirdiyi bir şey yoxdur ki…”.

Vidadi Abbasov deyib ki, hələlik, qaranlıq qalan, bu saxta məktubun mətbuata kimin və nə məqsədlə göndərməsidir.

“O da üzə çıxacaq”,-deyə o, bildirib.

Azərbaycanlı milyarderlə bağlı QALMAQAL - Fərhad Əhmədovun Narışkinə saxta məktubu...

İnterpress.az