Prezidentin təyin etdiyi direktor kimdir?backend

Prezidentin təyin etdiyi direktor kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xatırladaq ki, prezident İlham Əliyev 2015-ci il dekabrın 21-də Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılır və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) də Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq yeni qurumun tabeliyinə verilir. Fərmanla, həmçinin, faktiki olaraq, Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bəzi səlahiyyətləri də Bakı Nəqliyyat Agentliyinə verilir.

Bakı Nəqliyyat Agentliyinə baş direktor təyin edilən Vüsal Kərimli bundan əvvəl \”BakuBus\” MMC-nin direktor müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, \”BakuBus\” MMC 2014-cü ilin aprelində Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus şirkət kimi yaradılıb.(milli.az)

İnterpress.az