Aqrar sahənin inkişafına 5 milyon manat ayrılıb – RƏSMİbackend

Aqrar sahənin inkişafına 5 milyon manat ayrılıb – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Modern.az saytına Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 2015-ci il ölkədəki sahibkarlara 15 milyon 720 min manat kredit verilib:

“Kənd təsərrüfatı layihələri və kreditlərin idarə olunması üzrə Dövlət Xidməti tərəfindən 2015-ci ildə kənd təsərrüfatının inkişafı məqsədilə ölkənin 43 rayonunda aqrar sektorda çalışan 532 sahibkara ümumilikdə 15 milyon 720 min manat məbləğində kredit ayrılıb.

Ayrılmış kreditlərin 5 milyon manatı dövlət büdcəsindən, 10,7 milyon manatı isə əvvəlki illərdən verilmiş kreditlərin qaytarılan hissəsi hesabına təmin edilib.

Kredit əsasən, heyvandarlıq, bitkiçilik, istixanaların quraşdırılması, bağçılıq, quşçuluq, üzümçülük, taxılçılıq sahələrinin inkişafına yönəldilib”.

Nazirlik rəsmisinin sözlərinə görə, verilən güzəştli kreditlər nəticəsində 710 müvəqqəti və daimi iş yerləri açılıb.

İnterpress.az