“Əskişəhərspor” klubunun formasını geyinən Alpaslan Öztürk ilə sevgili olan Şancı öz dostunun telefonunu oğurlamaqda günahlandırılır.
Məşhur manikenin dostu Gökhan Beder restoranda telefonunu stolun üstünə qoyaraq tualetə gedib. Geri döndükdən sonra telefonun yox olduğunu görən Beder polisə şikayət edib. Araşdırmaya başlayan polis öncə restoranın təhlükəsizlik kameralarına baxıb. Amma ortaya bir şey çıxmayıb. Bundan sonra Telekommunikasiya Əlaqələr Nazirliyinə müraciət edən polis həmin telefondan edilən zəngləri araşdırıb. Nəticədə Şancının nömrəsi ilə bu telefondan istifadə olunduğu ortaya çıxıb.
Amma onun dostu Gökhan Beder şikayətini geri götürüb. Buna baxmayaraq polis Şancını oğurluq ittihamı ilə saxlayıb və barəsində cinayət işi açılıb. İlk məhkəmədə ifadə verən məşhur maniken bunları deyib: “Qardaşım telefonu mənim olduğunu zənn edib və ondan yararlanıb. Mən həmin hadisədən sonra ABŞ-a getdim. 20 gün sonra geri qayıtdığımda qardaşım telefonun şifrəsini qırıb istifadə edirdi. Onun belə işləri yoxdur. Sadəcə elə bilib ki, mənimdir. Telefonu mənim maşınımda tapıb”.
İnterpress.az