Cəbrayılın deputatı: “İnsanları təhqir etmək olmaz”backend

Cəbrayılın deputatı: “İnsanları təhqir etmək olmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra rayonların icra başçıları etirazçıları qəbul edərək, onlarla danışıb məsələni həll etməyə çalışsa da, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev əksinə davranıb. O, etirazçıları təhqir etməklə yanaşı, polislərə onları tutmağı əmr edib. İcra başçısının davranışlarını əks etdirən video sosial şəbəkələrdə və mətbuatda ciddi müzakirə mövzusuna çevrilib.

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan deputatı Astan Şahverdiyev Modern.az-a açıqlamasında bildirib ki, icra başçısı təmkinli olmalıydı.

“Bu barədə danışmaq istəmirəm. O, danışıb və indi ondan münasibət öyrənilməlidir. Əlbəttə, insanları təhqir etmək olmaz. Şəxsiyyətindən, kimliyindən asılı olmayaraq heç kimi təhqri etmək olmaz. İnsanlarla davranışda heç olmazsa cənab Prezidentə baxıb nümunə götürməlidirlər”.

Cəbrayıl rayon icra başçısının illər əvvəlki dollar sayan zaman çəkilən fotosu.

Cəbrayılın deputatı: "İnsanları təhqir etmək olmaz"


İnterpress.az