Dollar kreditlərinin 1.05-lə qaytarılması – Milli Məclisdə müzakirə olunacaqbackend

Dollar kreditlərinin 1.05-lə qaytarılması – Milli Məclisdə müzakirə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress xəbər verir ki, Bu barədə “qafqazinfo”ya açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, hazırda bu istiqamətdə hökumətlə Mərkəzi Bank arasında danışıqlar gedir:
“Ölkə başçısı da Nazirlər Kabinetinin son iclasında problemlərin həll edilməsi istiqamətində tapşırıqlar verib. Bizim də bu istiqamətdə bir sıra təkliflərimiz var. Konkret olaraq əhalinin dollar kreditlərinin köhnə məzənnə ilə, yəni 1.05-lə qaytarılmasını təklif etmişik. Hazırda MB ilə hökumət arasında danışıqlar aparılır və vəsaitin mənbəyi axtarılır. Vəsaitin hökumət, yoxsa Mərkəzi Bank tərəfindən verilməsi məsələsi müzakirə olunur. Yəni bu qanun layihəsi deyil, hökumətə edilmiş təklifdir. Təklif qəbul olunarsa, Milli Məclisdə müzakirəyə çıxarıla bilər”.

İnterpress.az