Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az- a verilən məlumata görə, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir və aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarovküçəsi,83) binasının da sökülməsi nəzərdə tutulub.
Belə ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir. Teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan məlum olduqdan sonra teatrsevərlərə bu barədə məlumat veriləcək.
Eyni zamanda bildirilib ki, “Yuğ” Teatrı üçün yeni binanın tikintisi məsələsi də gündəmdədir.
İnterpress.az