Erməni iş adamı Sarkisyanı devirmək istədibackend

Erməni iş adamı Sarkisyanı devirmək istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin dövlət çevrilişi üzrə apardığı istintaq işi çərçivəsində “Vətən və şərəf” partiyasının sədri Harnik Markaryan və “Yeqvard idman ayaqqabıları fabriki” ASC-nin sahimdarı Vladimir Arakelyan tutulub.

Məlumata əsasən saxlanılan şəxslər hakimiyyəti güc yolu ilə devirmək istəyiblər.

Adı çəkilən şəxslərin evində və fabrikdə axtarışlar aparılıb.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, 2015-ci il 25 noyabr tarixində Ermənistanda dövlət institutluları və vətəndaşlara qarşı çıxan cinayətkar dəstə saxlanılıb.

İnterpress.az