İlhamə Quliyevanın oğlu həbs edildi – YENİLƏNİBbackend

İlhamə Quliyevanın oğlu həbs edildi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirov H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılması ilə bağlı məlumat yayılıb.

Onların Bakı Beynəlxalq Hava Limanında saxlanıldığı və Binəqədi rayon Polis İdarəsinə aparıldığı bildirilir.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Binəqədi rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. Bildirilib ki, idarəyə Orxan Nadirov və Vüqar Bəşirov adlı adam gətirilməyib.

Məlumat üçün bildirək ki, Xalq artisti İlhamə Quliyeva da AzNews.az-a açıqlamasında oğlunun həbsi xəbərinin yalan olduğunu, onun və dostunun hazırda evdə olduğunub deyib.

***

Musavat.com-a daxil olan məlumata görə, xaricdən ölkəyə gələn Orxan Nadirovla Vüqar Bəşirovun saxlanılmasının səbəbi hələlik məlum deyil. Hər iki şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Yaxın saatlarda saxlanılanlar barəsində hansı tədbirlərin görüləcəyi məlum olacaq.

Qeyd edək ki, O.Nadirovun adı 2008-ci ildə mətbuatın gündəminə həbs edilməsi ilə daxil olmuşdu. Ölkəyə gətirilən uyuşdurucu həblərin istifadəsində təqsirləndirilən O.Nadirov 2009-cu ildə 10 ay müddətinə həbs cəzasına məhkum edilmişdi.

“Ekstazi işi”nin əsas fiqurantları sırasında O.Nadirovdan savayı Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlınin, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladı Yalçın Həsənovun və daha 11 nəfərin adı keçirdi.

İttiham aktına əsasən, onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurdular.

İnterpress.az