Bu barədə haqqın.az-a Nərimanov rayon polis idarəsindən məlumat verilib. İlkin məlumatlara əsasən, ölən 28 yaşlı Gəncə sakini M.Hüseynovdur. O, paytaxtda tikinti işində çalışıb və kirayədə qalıb.
Hüseynov kirayə qaldığı evdə qonşuların çağırdığı polis və təcili yardım tərəfindən ağır vəziyyətdə aşkarlanıb. Həkimlərin səyinə baxmayaraq, Hüseynov vəfat edib.
Evdə axtarış aparan hüquq-mühafizə orqanının əməkdaşları cinsi istəyi yüksəldən “Viaqra” preparatı aşkarlayıblar. Gəncin həmin həblərdən istifadə etdikdən sonra öldüyü ehtimal olunur. Əldə olunan bəzi məlumatlara görə, Hüseynov bədbəxt hadisə baş verərkən evdə tək olmayıb. İlkin ehtimallara görə, onunla bərabər evdə qız da olub. Lakin o, hadisədən qorxaraq evi tərk edib. Bu zaman qonşulara gəncin vəziyyətinin pisləşdiyi barədə məlumat verib. Bundan sonra polisə anonim zəng gəlib.
Fakt üzrə rayon prokurorluğunda istintaq aparılır.
İnterpress.az