“Interpress” xəbər verir ki, bu barədə \”Report\”a Dövlət Komitəsinin sədri Nazim İbrahimovun ailə üzvlərindən biri məlumat verib. O qeyd edib ki, həmin informasiya tamamilə uydurmadır və heç bir fakta söykənmir: \”Qeyd olunan məlumatlarda adıçəkilən mağazalar şəbəkəsinin Nazim İbrahimovun ailə üzvlərindən heç birinə qətiyyən aidiyyəti yoxdur\”.
Qeyd edək ki, qaynar.info-nun yaydığı xəbərdə bildirilir ki, Bakı Metropoliteninin \”Sahil\” stansiyasının yaxınlığında yerləşən brend geyim mağazası olan \”VBC\”nin qapıları bağlanıb və üzərinə \”İcarəyə verilir\” sözləri yazılıb. Həmin xəbərlərdə geyim mağazasının Nazim İbrahimovun həyat yoldaşı Minayə İbrahimovaya məxsus olduğu iddia edilib.
İnterpress.az