Nümayəndəlik: ATƏT-in Qarabağ nizamlanmasındakı rolu həmsədrlərə formal dəstək verməklə məhdudlaşırbackend

Nümayəndəlik: ATƏT-in Qarabağ nizamlanmasındakı rolu həmsədrlərə formal dəstək verməklə məhdudlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Azərbaycanın ATƏT-in yanındakı Daimi Nümayəndəliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Azərbaycan Almaniyanın ATƏT-ə sədrliyi dövründə Minsk qrupunun fəaliyyətini canlandırmağa və Ermənistan-Azərbaycan münaqişəsinin həllini ATƏT gündəliyində ön pillədə olan məsələ kimi tutmağa çağırır. Qeyd edilir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması danışıqlar prosesində nailiyyət əldə edilməsinin qarşısını alır.

“Bunun əsas səbəbi odur ki, Ermənistana BMT TŞ-nin qətnamələrində nəzərdə tutulduğu kimi qoşunlarını tamamilə və qeyd-şərtsiz çıxarması ilə bağlı heç bir təzyiq yoxdur. Ermənistan qoşunlarının qeyri-qanuni mövcudluğu ilə bağlı təmkinli mövqe Minsk qrupu həmsədrlərinin sülh prosesini monopoliyaya alması ilə müşahidə olunur və münaqişənin siyasi yolla həllinə yönələn xarici yardımların qarşısını alır. Nəticədə ATƏT və Minsk qrupunun münaqişənin həllindəki rolu həmsədrlərə formal dəstək verməklə məhdudlaşır. Azərbaycan ərazilərinin işğalına laqeyd yanaşma Ermənistanı arxayın salır, lakin bu, birgə dəyərlərimiz və razılaşdırılmış prinsiplərimiz üçün zərərlidir”, – deyə bəyanatda vurğulanır.(apa)

İnterpress.az