\”İnterpress\” APA-ya istinadən xəbər verir ki, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı tapılaraq bu gün səhər ailəsinə təhvil verilib.
Məlumata görə qız evlərinin yaxınlığında yaşayış olmayan tikilidə gizlənirmiş. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparırlar
Qeyd edək ki, ötən gün Zülfiyyə Məhərrəmovanı qardaşının öldürməsi barədə Kəpəz TV məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, Z.Məhərrəmovanın kiçik qardaşı Anar şübhəli şəxs qismində saxlanılaraq Tovuz rayon Polis şöbəsinə aparılıb: \”İlkin ifadəsində qardaşı bacısını öldürərək yaxınlıqdakı qəbiristanlıqda basdırdığını bildirib.
Hazırda qardaşın ifadəsi ilə əlaqədar istintaq tədbirləri davam etdirilir. Kənd sakinləri isə Anarın qətli tək törətmədiyini bildiriblər\”.
İnterpress.az