“Interpress” xeberle.com-a istinadən xəbər verir ki, A. Məmmədov ötən ilin sonlarından Almaniyada mühacir həyatı yaşadığını bildirib. O, mühacirət etməyinin əsas səbəbini belə izah edib: \” Buna səbəb isə siyasi baxışlarım, eləcə də vaxtilə hazırladığım sujet və reportajların bəzi dairələrin maraqlarına zidd olması və bu səbəbdən də Azərbaycanda olduğum müddətdə təqiblərə məruz qalmağımdır. Burada nə zamana qədər qalacağımı bilmirəm, amma Azərbaycanda demokratik və şəffaf cəmiyyət qurulmayana qədər qayıtmaq fikrində deyiləm.”
Qeyd edək ki, Sumqayıtda doğulan A.Məmmədov 2007-ci ildən \”Dünya” \”ANS”, ”Space” və \”Lider” televiziyalarında aparıcı, müxbir, prodüsser vəzifələrində çalışıb. Son olaraq isə \”Lider” TV-nin Xəbərlər departamentinin \”Bizim Səda” verilişinin əməkdaşı olub.
İnterpress.az