Gürcüstanın paytaxtı Tiflisdə yüzlərlə insan hökümət qarşısına axışaraq iqtidarın Rusiyanın \”Qazprom\” şirkəti ilə apardığı danışıqlara qarşı etiraz edib.
ANS PRESS-in məlumatına görə, “\”Qazprom\”a Yox” şüarlı aksiya keçmiş prezident Mixayıl Saakaşvilinin Vahid Milli Hərəkat partiyası tərəfindən təşkil olunub və 18 qeyri hökümət təşkilatı tərəfindən dəstəklənib.
Müxalifət fəalları Gürcüstan hökümətinin Rusiyanın enerji nəhəngi ilə hər hansı kontrakt üzrə danışıqları dərhal dayandırılmasını tələb edir.
Gürcüstan energetika naziri Kaxa Kaladzenin \”Qazprom\”un rəhbəri Aleksey Millerlə görüşü barədə məlumat yayıldıqdan sonra, potensial qaz təchizatı barədə müqavilə ölkədə qaynar mübahisələrin episentrinə çevrilib.
Gürcüstan müxalifəti və bir çox ekspertlər \”Qazprom\”la əməkdaşlığın Tiflisin Rusiyadan asılı vəziyyətə salacağını və Gürcüstanın strateji partnyoru və əsas qaz təchizatçısı Azərbaycanla olan münasibətlərinin korlanmasına səbəb olacağını hesab edir.
Habelə Gürcüstan iqtidarı danışıqlar ətrafında yaranan ajiotajın siyasi motivli olduğunu, Gürcüstanın onsuzda son illər, qazın müəyyən qismini Rusiyadan aldığını bildirib. Bu gün Gürcüstan əsasən Azərbaycan qazı ilə təchiz olunsa da, öz ərazisində Rusiyadan boru xəttilə Ermənistana ötürülən yanacağ həcminin 10 faizini əldə edir.
2 saata yaxın davam edən aksiyada hər hansı çıxışlar olmayıb, nümayişdə yalnız “\”Qazprom\”a yox” şüarlı stikerlər və müxalifətin baş verənlərin əsas suiqəsdçisi hesab etdiyi keçmiş baş nazir Bidzina İvanişvilinin plakatlarını paylanılıb, musiqiçilər tərəfindən müxtəlif mahnılar ifa olunub
İnterpress.az