Türkiyənin İstanbul şəhərində törədilmiş partlayış zamanı həlak olmuş 10 alman turistlinin cənazəsi hərbi təyyarə ilə Almaniyaya yola salınıb.
İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qurbanların nəşini daşıyan maşın karvanını \”Atatürk\” aerportuna polis müşaiyət edib. İŞİD tərəfindən törədildiyi bildirilən intihar partlayışında çoxu Almaniya vətəndaşı olmaqla 17 nəfər yaralanıb.
İstanbuldakı qanlı insidentdə alman vətəndaşları həlak olmasına baxmayaraq, rəsmi Berlin Türkiyəylə bağlı səyahət xəbərdarlığının elan edilməsinə lüzum görmədiyini bəyan edib.
Türkiyə Daxili İşlər Nazirliyinə əsasən, partlayışla əlaqədar 7 şübhəli saxlanılıb. Türkiyə hüquq mühafizə orqanları partlayışı törədən intiharçı-terrorçunun yanvarın 5-də miqrant kimi Türkiyə ərazsinə daxil olan 28 yaşlı, erməni əsilli Suriya vətəndaşı olduğunu müəyyən edib.
Türkiyə baş naziri Əhməd Davudoğlu bir neçə gün əvvəl verdiyi açıqlamada partlayışın İŞİD tərəfindən törədildiyini bildirmişdi. 2015-ci ildə İŞİD qruplaşması Türkiyə hüdudlarında 3 terror aktı törədib. Oktyabrda Ankarada kütləvi nümayiş zamanı törədilmiş ardıcıl 2 partlayış 103 nəfərin həyatın son qoyub.
İnterpress.azhttps://youtube.com/watch?v=GUHxETkVc1Q