Azərbaycanını Latviyadakı səfiri Elman Zeynalovun xanımı Nəzirə Zeynalovanın rüşvət verilməsi ilə bağlı qalmaqalı böyüyür.
Latviyanın Korrupsiya ilə Mübarizə Bürosunun ictimaiyyətlə əlqalər üzrə baş mütəxəssisi Laura Duşa haqqın.az-ın bununla bağlı sorğusunu cavablandırb. Xanim Laura Duşa bildirib ki, təmsil etdiyi büroya yol hərəkətinin təhlükəsizliyi (bu qurum Latviyada sürücülük hüququ verən imtahanların keçirilməsi ilə də məşğul olur) qurumundan mümkün korrupsiya fəaliyyəti ilə bağlı məlumat daxil olub. Məlumata görə, diplomat ailəsinin üzvünün adı bu fəaliyyətdə hallandırılıb. Məlumatla bağlı proses başladılıb və Cinayət Məcəlləsinə əsasən təhqiqat aparılır.
Beləliklə sözügedən qurum diplomatın xanımının adının rüşvət qalmaqalında hallandırılması ilə bağlı məlumatları təsdiqləyib, lakin açıqlamada konkret olaraq ad-soyad çəkilməyib. Latviya qanunvericiliyinə əsasən dövlət məmuruna rüşvət təklif etmək 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Xatırladaq ki, səfirin xanımı sürücülük vəsiqəsi almaq üçün imtahanın gedişində dövlət məmuruna 500 avro rüşvət verməkdə ittiham olunub. Səfir Elman Zeynalov isə xanımının ancaq 50 avro bayram hədiyyəsi vermək istədiyini bildirib.
İnterpress.az